Rusiya hərbçilərinin Ukraynaya hücumu nəticəsində 5 nəfər həlak olub

15:17, 25.07.2026

Rusiya hərbçiləri Ukrayna ərazisinə raket zərbələri endirib, həmçinin, pilotsuz uçuş aparatlarından istifadə olunurdu.

Zaporojye Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorovun məlumatına görə, raket zərbəsi nəticəsində bir nəfər həlak olub, doqquz nəfər yaralanıb. Medianın yazdığına görə, xilasedicilər hadisə yerində işlərini davam etdirdiyi üçün tələfatın artacağı istisna olunmur.

Sumıda isə hücum dronlarla həyata keçirilib, üç nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb.

Həmçinin, Xerson da hücumların hədəfi olub, burada bir nəfər həlak olub, üç yaşayış binası, beş fərdi ev, təhsil müəssisəsi və avtomobil zədələnib.

Xarkov vilayətində raket zərbəsi nəticəsində iki nəfər yaralanıb.

Paralel olaraq, Ukrayna dronlarının hədəfi “Wildberries” şirkətinin Yekaterinburqdakı anbarı olub. Lakin qubernator Denis Paslerin bildirdiyinə görə, dron anbarın yaxınlığında zərərsizləşdirilib, onun qalıqları isə 300 kvadratmetr sahədə yanğına səbəb olub. Şirkət əməkdaşlarının təxliyəsi əvvəlcədən həyata keçirilib.

Oxşar