Rusiya hakimiyyətinin bəyanatına əsasən, Murmansk və Apatit hava limanlarının fəaliyyəti məhdudlaşdırılıb
Rusiya hakimiyyətinin bəyanatına əsasən, Murmansk və Apatit hava limanlarının fəaliyyəti məhdudlaşdırılıb. Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi tərəfindən yayılmış bəyanatda qeyd olunub ki, bu qərar “uçuşların təhlükəsizliyini təmin etmək üçün” verilib.
Məlumat üçün bildirək ki, keçən gecə eyni hava limanları bir neçə saat ərzində fəaliyyət göstərmirdi. Yerli hakimiyyət bölgənin səmasında üç Ukrayna pilotsuz uçuş aparatını vurduqlarını bildirib.
Ukrayna tərəfi Murmansk vilayətinə hücumla bağlı şərh verməyib.