Rusiya hakimiyyəti səfərbərliklə bağlı açıqlamalar dərc edib

18:48, 28.09.2022

 

Rusiya hakimiyyəti ölkədə elan edilən səfərbərliklə bağlı açıqlamalar dərc edib. BBC tərəfindən yayılan məlumatda hərbi xidmətə çağırış yaşında olan kişilərin ölkədən çıxışına heç bir məhdudiyyət qoyulmadığı deyilir. Lakin, artıq hərbi xidmətə çağırılmış və ya vərəq göndərilmiş şəxslərə xarici pasportun verilməsindən imtina edilə bilər.

Mətbuatda yayılan məlumatlara görə, səfərbərlik prosesində kontrakt xidmətini bu yaxınlarda tərk etmiş şəxslərə üstünlük verilir. Çağırışçılar rezervə köçürüldükdən sonra hərbi xidmətə cəlb oluna bilərlər. Həmçinin, 35 yaşadək sıravi və çavuşlar, 50 yaşadək kiçik zabitlər və 55 yaşadək yüksək rütbəli zabitlər çağırış zamanı prioritet təşkil edəcək.

Media yazır ki, hərbi xidmətə çağırışın minimum yaş həddi sıravi və çavuşlar üçün 50, kiçik zabitlər üçün 60, yüksək rütbəli zabitlər üçün 65-dir. Psixiatriya dispanserində qeydiyyatda olan və İİV diaqnozu qoyulmuş şəxslər hərbi xidmətə çağırılmır.

Açıqlamalarda səfərbərliyin ikili vətəndaşlığı olan Rusiya vətəndaşlarına şamil olunduğu da qeyd olunur.

Oxşar