Rusiya hakimiyyəti Avropa Şurasının beynəlxalq müqavilələrindən çıxış proseduruna başlayıb
Rusiya hakimiyyəti Avropa Şurasının beynəlxalq müqavilələrindən çıxış proseduruna başlayıb

 

Rusiya hakimiyyəti Avropa Şurasının beynəlxalq müqavilələrinin denonsasiyası proseduruna başlayıb. “BBC”nin rus xidmətinin yazdığı üzrə dekabrın 30-da hökumətin Vladimir Putindən müvafiq beynəlxalq müqavilələrdən çıxmasını tələb edən qətnaməsi dərc edilib.

Rusiya qanunvericiliyinə əsasən Vladimir Putin müvafiq təşəbbüsü Dövlət Dumasına təqdim etməlidir. Təqdimat hər bir sazişdən çıxmaq barədə qərarın əsaslandırılması, habelə bu cür denonsasiyanın mümkün maliyyə və iqtisadi nəticələrinin qiymətləndirilməsi əlavəsi ilə birlikdə olmalıdır.

Ukraynaya müdaxilədən sonra Avropa Şurası Rusiyanın üzvlüyünü dayandırıb, bundan sonra da Rusiya mart ayında təşkilatdan çıxacağını açıqlayıb. Üzvlüyünün dayandırılması ilə birlikdə Rusiyanın Avropa İnsan Haqları Konvensiyasında iştirakı başa çatdı. Lakin, Rusiya Avropa Şurasının 41 digər beynəlxalq müqaviləsinin, o cümlədən korrupsiyaya görə cinayət məsuliyyəti haqqında sazişin formal olaraq iştirakçısıdır.

Belə ki, Rusiya hazırda ictimai həyatın bütün sahələrinə, o cümlədən uşaq hüquqlarının müdafiəsi, çirkli pulların yuyulması, terrorizmin maliyyələşdirilməsi, cinayət işlərində qarşılıqlı hüquqi yardım, arxeoloji irsin qorunması, korrupsiyaya görə cinayət məsuliyyəti ilə bağlı konvensiyalardan çıxmağı planlaşdırır.