Rusiya qüvvələrinin Zaporojyeyə hücumu zamanı 13 nəfər həlak olub
Rusiya qüvvələrinin Zaporojyeyə hücumu zamanı 13 nəfər həlak olub. 18 vətəndaş yaralanıb, onlardan dördünün vəziyyəti ağırdır. Bu barədə Zaporojye vilayət hərbi administrasiyasının rəhbəri İvan Fedorov məlumat yayır.
Onun dediyinə görə, Rusiya hərbçiləri şəhərə hücumu idarə olunan iki hava bombası ilə həyata keçirib.
Vilayət rəhbərinin söylədiyinə görə, hücumun hədəfi Şevçenkovski bölgəsi olub. Kadrlarda marşrut taksisinin, tramvayın və çoxmərtəbəli binanın zədələndiyi görünür.