Rusiya qüvvələrinin Kiyev vilayətinə təşkil etdiyi hücum nəticəsində azı üç nəfər həlak olub
Rusiya qüvvələrinin Kiyev vilayətinə təşkil etdiyi hücum nəticəsində bir uşaq da daxil olmaqla, azı üç nəfər həlak olub.
Kiyev Regional Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenkonun bildirdiyinə görə, Brovarı bölgəsində hücum nəticəsində həmçinin üç nəfər xəsarət alıb. Onun sözlərinə görə, fərdi yaşayış evi, köməkçi tikililər və avtomobillər zədələnib, yaşayış olmayan binada isə yanğın baş verib.
Paralel olaraq isə Rusiyada, Sizran neft emalı zavoduna dronlarla hücum həyata keçirilib. Ukrayna mediasının məlumatına görə, hücum nəticəsində Samara vilayətində yerləşən Sizran neft emalı zavodunda yanğın baş verib.
Rusiya mediasının məlumatına görə, Krasnodar hava limanı dron təhlükəsi səbəbindən müvəqqəti olaraq bağlanıb.