Rusiya qüvvələri Xersonun cənubuna hava zərbəsi endirib, bir nəfər həlak olub və doqquz nəfər yaralanıb

22:20, 06.01.2025

Rusiya qüvvələri Xersonun cənubuna hava zərbəsi endirib. Sosial şəbəkədə yayılan görüntülərdə hücum nəticəsində sərnişinlərin oturduğu avtobusun zədələndiyi görünür. Bir nəfər həlak olub, 9 nəfər isə yaralanıb.

Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Xerson Rusiyanın tez-tez hədəfinə çevrilir.

Yerli hakimiyyət demək olar ki, hər gün ölən və yaralananlar barədə bildirir.

Oxşar