Rusiya qüvvələri Ukraynanın Xarkov vilayətini bombalayıb, itkilər var

17:53, 30.12.2022

 

Rusiya qüvvələri Ukraynanın Xarkov vilayətini bombalayıb, itkilər var. Kuyans şəhəri və Katerinovka kəndinə raket hücumları həyata keçirilib.

Ukrayna mətbuatı müvafiq məlumatı Xarkov Hərbi Dairəsinin Administrasiyasının rəhbəri Oleq Sinequbov və Ukrayna Prezident Ofisinin rəhbərinin müavini, Kirill Timoşenkoya istinadən yayır.

Timoşenko Katerinovka kəndinə raket hücumu nəticəsində iki nəfərin həlak olması, iki nəfərin isə xəsarət alması barədə məlumat verir.

Oxşar