Rusiya qüvvələri Ukraynanın kritik infrastrukturasına zərbələr endirib, Kirovoqrad vilayətinin 19 kəndi elektrik enerjisiz qalıb
Rusiya qüvvələri Ukraynanın kritik infrastrukturasına hava zərbələri endirib.
Ukrayna mediasının məlumatına görə, hava hücumları nəticəsində Kirovoqrad vilayətinin 19 kəndi elektrik enerjisiz qalıb.
Bununla yanaşı, Rusiya qüvvələri Dnepropetrovsk vilayətini dronlarla bombalayıb, nəticədə bir neçə binaya ziyan dəyib, bu da yanğına səbəb olub.
Hücum nəticəsində həlak olan olmayıb.
Ukrayna mediasının məlumatına görə, son 24 saat ərzində cəbhə xəttində 120 döyüş toqquşması qeydə alınıb. Rus qüvvələrinin hücumları ən çox Pokrovske istiqamətində aktiv olub, burada 39 toqquşma baş verib.