Rusiya qüvvələri tərəfindən Xersona hücum nəticəsində 3 nəfər həlak olub, Sumı vilayətində isə ballistik raket yaşayış binasına düşüb, nəticədə 8 nəfər həlak olub
Rusiya qüvvələri tərəfindən Xersona həyata keçirilən hücum nəticəsində 3 dinc vətəndaş həlak olub, 9 nəfər isə yaralanıb. Məlumatı Ukrayna mediası yayır.
Xerson şəhər hərbi administrasiyasının rəhbəri Roman Mroçkonun məlumatına görə, hücumlardan biri Rusiya hərbçilərinin pilotsuz uçuş aparatı ilə avtomobili vurduğu Dneprovsk rayonunda həyata keçirilib. İki nəfər həlak olub, yaralılar isə yerli xəstəxanaya yerləşdirilib.
Hücumlar Xersonun digər rayonlarında da həyata keçirilib.
“Hazırda Rusiya işğalçı qoşunlar tərəfindən bombalanması nəticəsində 3 nəfərin həlak olduğu və 9 nəfərin yaralandığı məlumdur”, – Mroçko qeyd edib.
Rusiya tərəfi Sumı vilayətində də ballistik raketlərdən istifadə edib. Raket yaşayış binasına düşüb. Yayılan məlumata görə, biri azyaşlı olmaqla 8 nəfər həlak olub, on nəfər isə yaralanıb.
Yerli hakimiyyətin məlumatına görə, hadisə yerində Fövqəladə Hallar Xidməti və polis əməkdaşları işləyirlər və zərərçəkənlərin təxliyəsini həyata keçirirlər.
“Suçsuz insanların ölümünə görə suçlu olan cavab verməlidir”, – Ukrayna prezidenti Volodimir Zelenski hücumdan sonra verdiyi bəyanatda qeyd edib.