Rusiya qüvvələri ötən gecə Ukraynaya növbəti hücum həyata keçirib

10:52, 09.08.2026

Ötən gecə Rusiya qüvvələri ötən gecə Ukraynaya növbəti hücum həyata keçirib. Xarkovda hava hücumu nəticəsində 10 mərtəbəli binaya ziyan dəyib və insan tələfatı da var.

Xarkov regional hərbi administrasiyasının rəhbəri Oleq Sinequbovun sözlərinə görə, hücum nəticəsində iki nəfər həlak olub, 12 nəfər isə yaralanıb.

Onun məlumatına görə, xilasetmə əməliyyatları davam edir.

Ukrayna mediasının məlumatına görə, Rusiya qüvvələrinin ballistik və gəmi əleyhinə raketlər atdığı Odessa istiqamətində də hava hücumları həyata keçirilib. Hücum nəticəsində altı nəfər yaralanıb.

Oxşar