Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko Ukrayna Radasının deputatlarına danışıqlar aparmağı təklif edib
Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko Ukrayna Radasının deputatlarına danışıqlar aparmağı təklif edib.
Matvienko müvafiq platformanın Böyük İyirmilik ölkələrinin parlament sədrlərinin sammiti olacağını söyləyib. Rusiya Dumasının yuxarı palatasının rəhbəri Moskvanın böhranın sülh yolu ilə həllinin tərəfdarı olduğunu açıqlayıb.
Bununla yanaşı, Matvienko qeyd edib ki, Rusiya dəfələrlə Ukraynaya böhranın həlli üçün danışıqlar təklif edib və razılaşmalar praktiki olaraq əldə olunub.
“Təəssüf ki, o zaman Ukrayna, görünür, hansısa xarici nəzarət altında idi, bu razılaşmalardan imtina etdi. Biz bir daha deyirik: biz danışıqların tərəfdarıyıq, dialoqun tərəfdarıyıq, bu böhranın sülh yolu ilə siyasi yolla həllinin tərəfdarıyıq. Gəlin danışaq və danışıqlar masasına əyləşək”- deyə Valentina Matvienko bildirib.