Rusiya Dumasının spikeri xaricə qaçan Rusiya vətəndaşları üçün vergiləri artıracaqlarını açıqlayıb

13:48, 26.12.2022

 

Rusiyada xaricə qaçan vətəndaşlar üçün vergilər artırılır. Bu barədə Rusiya Dumasının sədri Vyaçeslav Volodin məlumat verib.

“Bu insanların niyə qaçdıqları hər kəsə aydındır. Səhv etdiklərini anlayanlar artıq geri qayıdıblar. Başqaları başa düşməlidirlər ki, Rusiya cəmiyyətinin böyük əksəriyyəti onların davranışını dəstəkləmir. Onlar hesab edirlər ki, xaricə gedən vətəndaşlar vətənə, öz yaxınlarına və qohumlarına xəyanət ediblər” -deyə Vyaçeslav Volodin “Telegram” kanalında yazır.

O bildirib ki, xaricə qaçan vətəndaşlar üçün vergilərin artırılması “ədalətli addım” olacaq, çünki “ölkəni tərk etmiş Rusiya vətəndaşları Rusiya şirkətlərində distant rejimdə işləyir, həm də qanuni güzəştlərdən istifadə edirlər”.

Oxşar