Rusiya Dumasına hərbi xidmətdən yayınmaq və ya fərariliyə görə 10 il həbs cəzası nəzərdə tutan qanun layihəsi təqdim edilib
Rusiya Dumasına hərbi xidmətdən yayınmaq və ya fərariliyə görə 10 il həbs cəzası nəzərdə tutan qanun layihəsi təqdim edilib.
Məlumatı rus mətbuatı yayır.
Media tərəfindən yayılan məlumata əsasən, qanun layihəsinin müəllifləri deputatlar: Valeri Piskarev və Leonid Slutski, eləcə də senator Andrey Klişasdır.
Hazırda Rusiyada hərbi əməliyyatlardan imtinaya görə heç bir cəza yoxdur. Həmçinin rus deputatlar və senatorlar Cinayət Məcəlləsinə “səfərbərlik”, “müharibə vəziyyəti”, “müharibə vaxtı”, “silahlı münaqişə” anlayışlarının daxil edilməsi təşəbbüsü ilə çıxış edirlər.