Rusiya Dnestryanı separatçı bölgəsinin əhalisi üçün vətəndaşlıq verilməsi qaydasını sadələşdirib
Rusiya Prezidenti Vladimir Putin qondarma Dnestryanı Moldova Respublikasının sakinləri üçün Rusiya vətəndaşlığının verilməsi qaydalarını sadələşdirib.
Bölgədə yaşayan şəxslərdən artıq rus dili və Rusiya tarixi fənlərindən imtahan vermək tələb olunmayacaq.
Qərara əsasən, yetkinlik yaşına çatmış şəxslər vətəndaşlıq üçün müraciət edə bilərlər.
Təxminən 470 minə qədər insanın yaşadığı Dnestryanında 220 minə yaxın şəxs Rusiya vətəndaşlığına sahibdir.