Rusiya Dnepropetrovsk, Xarkov və Rovno vilayətlərinə növbəti raket zərbələri endirib

10:31, 29.08.2022

 

Rusiya Dnepropetrovsk, Xarkov və Rovno vilayətlərinə növbəti raket zərbələri endirib. Məlumatı “BBC” yayır.

Dnepropetrovsk vilayətində Nikopol şəhəri Rusiyanın hədəfinə çevrilib. Zərbələr nəticəsində azı bir mülki şəxs həlak olub. Yerli hakimiyyət orqanlarından həlak olanın 67 yaşlı qadın olduğunu bildirirlər. Daha dörd nəfər yaralanıb. Onlardan üçü xəstəxanaya yerləşdirilib.

Dnepropetrovsk Vilayət Administrasiyasının rəhbəri, Rusiya ordusunun şəhərə “Qradlar”, “Smerç” və ağır artilleriyadan atəş açdığını bildirir.

Rusiya ordusunun atdığı iki raket bu gün Xarkov şəhərinə düşüb. Nəticədə bir inzibati bina dağılıb. Şəhər meri bu mərhələdə zərərçəkənin olmadığını bildirib.

Rovno vilayətində isə Rusiya hərbçiləri Sarni şəhəri yaxınlığında yerləşən hərbi obyekti hədəfə alıblar. Yerli hakimiyyət orqanlarından bildiriblər ki, ölən və yaralananlar barədə hələlik məlumat yoxdur.

Oxşar