Rusiya Daxili İşlər Nazirliyi - 2019-cu ildə Rusiya vətəndaşlığını Donbasın 220 min sakini aldı
Rusiya Daxili İşlər Nazirliyi - 2019-cu ildə Rusiya vətəndaşlığını Donbasın 220 min sakini aldı

Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, 2019-cu ildə Rusiya vətəndaşlığını Donbasın 220 min sakini aldı.

İdarədə bəyan etdiklərinə görə, Ukraynanın şərqi hissəsində yaşayan vətəndaşlar arasında Rusiya vətəndaşlığının alınması arzusunda olanların sayı artır.

Elə onların məlumatına görə, sənədlərin qəbulu məntəqələrinə hər gün 1500 ərizə daxil olur.

Rusiya Daxili İşlər Nazirliyində bəyan edirlər ki, Rusiya vətəndaşlığının alınmasından sonra, Donbas sakinləri Rusiyada mövcud olan sosial güzəştlərdən istifadə edəcklər. Həmçinin Rusiya ali məktəblərində təhsil almağa imkanları olacaq.