Rusiya bir neçə növ erməni şərabı və brendisinin idxalını qadağan edib
Rusiya bir neçə növ erməni şərabı və brendisinin idxalını qadağan edib

Rusiya bir neçə növ erməni şərabı və brendisinin idxalını qadağan edib.

Rusiya mediasının məlumatına görə, “Rospotrebnadzor” Ermənistandan gətirilən aşağı keyfiyyətli spirtli içkilərin satışını dayandırıb.

“Məcburi tələblərə uyğun olmayan məhsulların satışının qarşısını almaq üçün pərakəndə ticarət nümayəndələrinə və idxalçılara satışın dayandırılması və Ermənistandan gətirilən keyfiyyətsiz spirtli içkilərin dövriyyədən çıxarılması (götürülməsi) barədə məlumat verilib”, – bəyanatda deyilib.

Medianın məlumatına görə, söhbət “Vedi-Alco”, “Abovyan” brend zavodu və “Şahnazaryan” şərab və brendi evinin məhsullarından gedir.