Rusiya Avstriyaya qaz tədarükünü dayandırır
Rusiya Avstriyaya qaz tədarükünü dayandırır. Bu barədə “Reuters” məlumat yayır.
Medianın məlumatına görə, “Qazprom” Avstriyaya qaz tədarükünün noyabrın 16-sı şənbə günü dayandırılacağını bildirib.
Mövcud məlumata görə, Rusiya tərəfindən qaz tədarükünün dayandırılması ölkə əhalisi üçün təhlükə yaratmır, çünki Avstriyaya qaz tədarükü Almaniya, İtaliya və Niderlanddan həyata keçiriləcək.
Ekspertlərin fikrincə, qaz tədarükünün dayandırılması Avstriyada enerji böhranına səbəb olacaq, buna paralel olaraq, ölkə iqtisadiyyatı onsuz da tənəzzülə uğrayır.
“Reuters”in yazdığı kimi, Rusiya tərəfindən Avstriyaya qaz tədarükünün dayandırılması o deməkdir ki, o, indi qazı əhəmiyyətli həcmlərdə yalnız Macarıstan və Slovakiyaya tədarük edəcək.
Məlumat üçün bildirək ki, bundan əvvəl Avstriyanın OMV şirkəti Rusiyadan qaz tədarükünün mümkün dayandırılması ilə bağlı bəyanat yayıb. Şirkət bu barədə Rusiyanın “Qazprom” şirkəti ilə mübahisədə qalib gəldikdən və arbitraj məhkəməsinin Rusiya şirkətini 230 milyon avro ödəməyə məcbur etməsindən sonra bildirib.