Rusiya Avro-Arktika regionunda Norveç, İsveç və Finlandiya ilə əməkdaşlığı nəzərdə tutan Barents dənizi sazişindən çıxıb

14:21, 19.04.2025

Rusiya Barents dənizi sazişindən çıxdı. Nazirlər Kabineti 2007-ci ildə imzalanmış, Barents dənizi və Avro-Arktika regionunda Norveç, İsveç və Finlandiya ilə əməkdaşlığı nəzərdə tutan sazişi ləğv edib. Bu barədə “Deutsche Welle” məlumat yayıb.

Bununla yanaşı, Moskva tərəfdaşlığın dayandırılmasında Qərb ölkələrinə məsuliyyət yükləyir.

Medianın məlumatına görə, Moskva həmçinin Barents/Avro-Arktika bölgəsinin şurasına daxil olan ölkələrlə və Danimarka, İslandiya, Norveç, Finlandiya və İsveçində üzv olduğu fövqəladə xəbərdarlıq, hazırlıq və cavab tədbirlərini əhatə edən əməkdaşlıq haqqında 2008-ci ildə imzalanmış sazişdən çıxır.

Oxşar