Rus təbii qazını əvəz etmək üçün alman istehlakçılara əlavə vergi tətbiq olunacaq
Rus təbii qazını əvəz etmək üçün alman istehlakçılara əlavə vergi tətbiq olunacaq. Almaniya hökumətində, şirkətlərin Rus təbii qazının əvəzlənməsi xərclərini qarşılaması və enerji bazarının çökməsinin qarşısını almaq üçün bunun labüd olduğunu bildiriblər.
“BBC”-nin yazdığı üzrə, əlavə vergi vətəndaşlara oktyabrın 1-dən tətbiq olunacaq və 2024-cü ilin aprelinə qədər qüvvədə qalacaq.
Almaniyanın təbii qaz bazarının operatorunun hesablamalarına əsasən, əlavə vergi bir kilovat/saat üçün 2,419 sent təşkil edəcək, beləliklə, bir il ərzində istifadəçi təbii qaza görə orta hesabla 480 avro daha çox ödəməli olacaq. Yeni vergi alman bizneslərinə də şamil ediləcək.
Almaniyanın energetika naziri , əlavə verginin Putinin Ukraynadakı müharibəsinin nəticəsi olduğunu bildirib.
“Əlavə vergi Putinin Ukraynaya qarşı başlatdığı aqressiv müharibənin nəticəsidir və Rusiyanın səbəb olduğu süni enerji qıtlığıdır. Bütün bunların əsas səbəbi insanların və vətəndaşların hüquqlarını pozmağa hazır olan təchizatçıdan asılı vəziyyətə düşməyimizlə bağlı siyasi səhvdir. Hazırda özümüzü bu yanaşmadan azad etmək və öz hərəkətlərimizdə suverenliyimizi bərpa etmək üçün nəhayət, bu dövrdə bu tədbirləri görməyimiz labüddür və buna dəyir” – deyə Almaniyanın energetika naziri bildirib.
İqtisadçıların proqnozlarına əsasən, təbii qaza əlavə verginin tətbiqi Almaniyada inflyasiyanı daha da artıracaq. İyulda inflyasiya 8,5 faiz təşkil edib.