Rus mətbuatının məlumatına görə, Rusiyanın Kabildəki səfirliyi yaxınlığında baş verən partlayış nəticəsində azı on nəfər ölüb, onlardan ikisi səfirliyin əməkdaşıdır

14:48, 05.09.2022

 

Rusiyanın Kabildəki səfirliyi yaxınlığında törədilən partlayış nəticəsində azı 10 nəfər ölüb, 8 nəfər yaralanıb. Rusiya mətbuatının məlumatına görə, ölənlər arasında diplomatik nümayəndəliyin iki əməkdaşı var. Bu barədə Rusiya KİV-i Rusiya Xarici İşlər Nazirliyinin bəyanatına istinadən məlumat yayır.

“Sentyabrın 5-də Kabil vaxtı ilə saat 10:50-də naməlum yaraqlı Rusiyanın Kabildəki səfirliyinin konsulluq bölməsinin girişində partlayıcı qurğunu işə salıb. Hücum nəticəsində diplomatik nümayəndəliyin iki əməkdaşı həlak olub. Əfqanıstan vətəndaşları da yaralanıb” – deyə qurumun açıqlamasında bildirilir.

Rusiya mətbuatı bildirir ki, partlayış səfirliyin əməkdaşları viza alacaq namizədləri elan etmək üçün binanın yaxınlığında toplaşan insanların yanına gedərkən baş verib.

Oxşar