Rus mətbuatı tərəfindən verilən məlumatda Zemo Lars keçid məntəqəsində hərbi komissarlığın səfərbərlik məntəqəsinin təşkil olunacağı deyilir

11:49, 27.09.2022

 

Gürcüstan sərhədi yaxınlığında, Zemo Lars keçid məntəqəsində hərbi komissarlığın səfərbərlik məntəqəsi təşkil olunacaq. Bu barədə rus mətbuatı Şimali Osetiya Daxili İşlər Nazirliyinə istinadən yazır.

Qurumda Gürcüstan istiqamətində axının artması ilə əlaqədar sərhəddəki vəziyyəti “son dərəcə gərgin” adlandırırlar.

Qurumdan verilən məlumatda respublikanın daxili işlər nazirinin buraxılış məntəqəsində Sərhəd və Gömrük İdarəsinin rəisləri ilə müşavirə keçirdiyi deyilir. Nazirliyin açıqlamasında qeyd edilir ki, qanunsuz hərəkətlərin və münaqişəli vəziyyətlərin riskini azaltmaq məqsədilə vətəndaşların sərhədi piyada keçməsinə icazə verilməsi barədə qərar qəbul edilib.

Oxşar