Rus mətbuatı tərəfindən verilən məlumatda Şimali Osetiyada Zemo Lars keçid məntəqəsində vəziyyətin tənzimləndiyi deyilir
Rusiyanın “Tass” dövlət agentliyi tərəfindən verilən məlumatda Şimali Osetiyada Rusiya-Gürcüstan sərhədində Zemo Lars keçid məntəqəsində vəziyyətin normallaşdığı və artıq sərhədi piyada keçmək istəyənlərin növbəsinin müşahidə olunmadığı deyilir. Mətbuatın yaydığı məlumatda avtomobillərin iki kilometr uzunluğunda bir cərgədə dayandığı qeyd olunub.
“Tass”ın müxbiri avtomobil karvanının sürətinin xeyli artdığını bildirir.
Media vasitələri tərəfindən yayılan göstəricilərdə Rusiya-Gürcüstan sərhədini keçmək üçün 4,8 minə qədər avtomobilin gözlədiyi deyilir, onlardan təxminən üç mini yüngül avtomobildir.
Bundan əvvəl Şimali Osetiya Respublikasının rəhbəri Serqey Meniailo son iki gündə Rusiyadan Gürcüstana 20 mindən çox insan keçdiyini bildirmişdi.