Rus mətbuatı tərəfindən verilən məlumatda Rusiyanın Bryansk vilayətində Belarusla birləşdirən dəmir yolunda partlayış baş verdiyi deyilir

10:30, 25.10.2022

 

Rusiyanın Bryansk vilayətində Belarusla birləşdirən dəmir yolu partladılıb. Bu barədə Rusiyanın dövlət agentliyi “Ria Novosti” region qubernatoruna istinadən məlumat yayır.

Belə ki, partlayış Novozikovoe və Zlinka qəsəbələri arasındakı dəmir yolu hissəsində baş verib.

Qubernator Aleksandr Boqomaz xəsarət alanın olmadığını açıqlayıb.

Mövcud məlumata əsasən, sözügedən dəmir yolundan Rusiya ilə Belarus arasında hərbi yükdaşımalar üçün istifadə olunur.

Oxşar