Rus mətbuatı, Qarabağ münaqişəsi zonasında gərginliyin artması məsələsinin Təhlükəsizlik Şurasının Kremldə keçirilən iclasında müzakirə olunduğunu bildirir
Rus mətbuatı, Qarabağ münaqişəsi zonasında gərginliyin artması məsələsinin Təhlükəsizlik Şurasının Kremldə keçirilən iclasında müzakirə olunduğunu bildirir

 

Qarabağ münaqişəsi zonasında gərginliyin artması məsələsi Kremldə keçirilən Təhlükəsizlik Şurasının iclasında müzakirə olunub. Bu barədə rus mətbuatı məlumat yayır. Şuranın iclasına Rusiya prezidenti Vladimer Putin sədrlik edib.

Putinin mətbuat katibinin sözlərinə görə, görüş iştirakçıları Rusiya, Azərbaycan və Ermənistanın 2020-ci ilin noyabrında imzaladığı atəşkəs bəyanatının bütün müddəalarının yerinə yetirilməsinin vacibliyini vurğulayıblar.

“Biz diqqətlə izləyirik və vəziyyətin pisləşməsindən narahatıq. Biz tərəfləri təmkinli olmağa və ən əsası üçtərəfli bəyannamənin bütün müddəalarını yerinə yetirməyə çağırırıq” – deyə Peskov bildirib.

Xatırladaq ki, avqustun 1-dən Qarabağ münaqişəsi zonasında vəziyyət gərgindir. Erməni tərəfinin məlumatına görə, iki erməni əsgəri həlak olub, Azərbaycan isə bir hərbçinin həlak olması barədə məlumat yayır.