Rus mətbuatı Ankarada Rusiya və ABŞ nümayəndələri arasında danışıqlar aparılması barədə məlumat yayır
Rus mətbuatı Ankarada Rusiya və ABŞ nümayəndələri arasında danışıqlar aparılması barədə məlumat yayır.
“Kommersant” Türkiyədə Rusiya tərəfini Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinin təmsil etdiyini yazır.
Media, görüş barədə ictimaiyyətə məlumat verilmədiyini qeyd edir. Danışıqların təfərrüatları hələlik məlum deyil.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ankarada davam edən danışıqlarla bağlı məlumatı təsdiq və ya təkzib edə bilməz.
ABŞ və Rusiya hakimiyyətinin nümayəndələri sonuncu dəfə yanvarın 10-da Cenevrədə görüşüblər.