Rus işğalçılar Zaporojie vilayətinin 4 yaşayış məntəqəsinə zərbələr endiriblər, ölən və xəsarət alanlar var
Rusiya işğalçı qüvvələri Zaporojie vilayətinin 4 yaşayış məntəqəsinə zərbələr endiriblər, ölən və xəsarət alanlar var.
Bombardıman nəticəsində yaşayış binaları, elektrik ötürücü xəttlər və transformatorlar sıradan çıxıb, avtomobillər, kənd təsərrüfatı və özəl müəssisələrin anbarları dağılıb.
Rus hərbçilər Nikolayev vilayətinin liman infrastrukturunu “Smerç” reaktiv sistemləri ilə bombardıman ediblər.
Ukrayna mətbuatı, işğalçıların azad edilmiş yaşayış məntəqələrini və Ukrayna mövqelərini hava zərbələri ilə sıxışdırdığına, yaşayış məntəqələrini artileriyadan bombaladığına dair məlumat yayır.