Rus hərbçilər Xerson vilayətində təxliyə mikroavtobusuna atəş açıblar, iki nəfər həlak olub

10:07, 02.08.2022

 

Rus hərbçilər Xerson vilayətində dinc sakinləri daşıyan təxliyə mikroavtobusuna atəş açıblar, nəticədə 2 nəfər həlak olub. Ukrayna mətbuatı bu barədə Krivi-Rih hərbi administrasiyasının rəhbəri Aleksandr Volkula istinadən yazır. O , hadisənin Dolqovoe qəsəbəsi yaxınlığında baş verdiyini bildirir.

Volkul tərəfindən verilmiş məlumatda, mikroavtobusda Staroseliye qəsəbəsindən təxliyə edilmiş 7 mülki şəxsin olduğu deyilir. İşğalçılar Dolqovoe qəsəbəsi yaxınlığında avtomobili atəşə tutublar, nəticədə 2 nəfər həlak olub, 2 nəfər isə ağır yaralanıb. Onlar Krivi-Rih xəstəxanasındadırlar.

Xatırladaq ki, Ukrayna hakimiyyəti Xerson vilayətinin sakinlərini təhlükəsiz bölgələrə təxliyə olmağa çağırır.

Oxşar