Rusiya qüvvələri Zaporojyeyə hava hücumu həyata keçirib, beş nəfər həlak olub
Rus qüvvələri ötən gecə ərzində Zaporojyeyə hava zərbəsi endiriblər, nəticədə beş nəfər həlak olub, səkkiz nəfər yaralanıb.
Bu barədə məlumatı Zaporojye Regional Dövlət Administrasiyasının rəhbəri İvan Fedorov yayır.
Onun sözlərinə görə, hücum nəticəsində evlər, mağaza və aqrar bazar da zərər görüb.
Ukrayna Baş Qərargahının məlumatına görə, son 24 saat ərzində cəbhə xəttində 161 döyüş toqquşması qeydə alınıb. Rusiya qoşunları əsas hücum səylərini Pokrovsk istiqamətinə yönəldib, burada Ukraynanın müdafiə qüvvələri 56 hücumu dəf edib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, son sutka ərzində Rusiya qüvvələrinin itkiləri 1050 əsgər təşkil edib.
Onların məlumatına görə, müharibə başlayandan bu günə gədər rusların itkiləri 1 milyon 163 min əsgəri keçib.