Rus qüvvələri Ukrayna istiqamətində genişmiqyaslı raket hücumu həyata keçirib
Rus qüvvələri Ukrayna istiqamətində genişmiqyaslı raket hücumu həyata keçirib

Rus qüvvələri 9-cu dəfə Ukrayna istiqamətində genişmiqyaslı raket hücumu həyata keçirib. Məlumatı “BBC” yayır.

Yayılmış məlumatlara əsasən ölkənin müxtəlif bölgələri istiqamətində 70-dən çox qanadlı raket atılıb. Onların böyük bir hissəsi, 60 raket hava hücumundan müdafiə sistemləri ilə zərərsizləşdirilib, lakin bəziləri hədəfə çatıb, nəticədə Jitomir, Kiyev, Xarkov, Dnepropetrovsk və Zaporojie vilayətlərində enerji infrastrukturu və yaşayış binaları zədələnib.

Bununla yanaşı, Krivoy Roqda 4 nəfər həlak olub. Raket hücumları nəticəsində şəhərdə 13 nəfər yaralanıb.

Genişmiqyaslı raket hücumu nəticəsində ölkənin yarısına elektrik enerjisinin verilişi kəsilib.