Rumıniyanın xarici işlər naziri bildirir ki, NATO-ya hava hücumundan müdafiə sistemlərinin tədarükünün sürətləndirilməsi tələbi ilə müraciət edəcək
Rumıniya xarici işlər naziri Oana Tsoiu bildirib ki, NATO-ya hava hücumundan müdafiə sistemlərinin tədarükünün sürətləndirilməsi tələbi ilə müraciət edəcək. Ölkənin xarici işlər idarəsinin rəhbəri sözügedən bəyanatı Rusiya dronunun düşməsindən sonra verib.
“Bu, hava məkanımızın yolverilməz və açıq-aydın pozulmasıdır. Bunun Rusiya pilotsuz uçuş aparatı olduğuna dair təsdiqimiz var”, – Tsoiu qeyd edib.
Rumıniya xarici işlər nazirinin sözlərinə görə, NATO-nun baş komandanı alyansın ölkəyə hərbi texnika köçürməsi barədə Rumıniyanın əvvəlki sorğusunu artıq bundan öncə qəbul edib, indi isə Buxarest bu tədarükün sürətləndirilməsini tələb edir.
Oana Tsoiu həmçinin aydınlıq gətirib ki, Rumıniya NATO-ya üzv ölkələrin səfirləri ilə planlaşdırılan görüşdə Rusiya dronunun Qalats şəhərində düşməsi məsələsini və “şərq cinahında çəkindirmə və müdafiə imkanlarının gücləndirilməsi zərurətini” gündəmə gətirəcək.