Rumıniyanın baş naziri seçkilərdəki məğlubiyyətdən sonra partiyaya koalisiyadan çıxmağı təklif edir
Rumıniyanın baş naziri seçkilərdəki məğlubiyyətdən sonra partiyaya koalisiyadan çıxmağı təklif edir

Rumıniyanın baş naziri Marsel Çiolaku Sosial Demokrat Partiyasına (PSD) koalisiyadan çıxmaq üçün təklif təqdim edəcəyini bildirib.

Baş nazirin dediyinə görə, koalisiya öz məqsədinə nail ola bilməyib – o, öz namizədi Krin Antoneskunu prezident seçkilərinin ikinci turuna çıxara bilməyib, buna görə də o, həmkarlarına koalisiyadan çıxmağı təklif etmək niyyətindədir.

“Əgər həmkarlarım koalisiyadan çıxmağın lehinə səs versələr, mən koalisiyanın baş naziri olaraq, təbii ki, vəzifədən istefa barədə bəyanatımı Rumıniyanın müvəqqəti prezidentinə bu gün təqdim edəcəyəm”, – deyə Çolaku bildirib.

Xatırladaq ki, Rumıniyada prezident seçkilərinin birinci turu keçirilib və seçkilərdə ifrat sağçı partiyasının lideri Corce Simion qalib gəlib. O, 40,94%, Buxarestin meri Nikusor Dan isə 20,99% səs toplayıb. Seçkilərin ikinci turu mayın 18-də keçiriləcək.