Rumıniyada, Ukrayna sərhədi yaxınlığında Rusiya pilotsuz uçuş aparatının fraqmentlərini aşkar ediblər
Rumıniyanın Ukrayna sərhədi yaxınlığında, Tulça bölgəsində, Rusiya pilotsuz uçuş aparatının fraqmentlərini aşkar ediblər. Məlumatı Rumıniyanın Milli Müdafiə Nazirliyi yayır.
Yayılan məlumata əsasən, aşkaredilmiş fraqmentlər “qanunla nəzərdə tutulmuş prosedurlara uyğun olaraq” ekspertizaya verilib.
Rumıniya Müdafiə Nazirliyində dağıntıların yaşayış məntəqələrindən kənarda aşkar edildiyini və infrastruktura zərər verilmədiyini bildirirlər.
Ötən gecə Rumıniyanın hava məkanına ən azı iki Rusiya “Şahed”i daxil olub. Rumıniyanın Xarici İşlər Nazirliyi beynəlxalq hüquqa, xüsusilə Rumıniyanın hava məkanının toxunulmazlığına hörmət etməyə çağırıb.