Rumıniya Müdafiə Nazirliyinin məlumatına görə, ölkənin hava məkanını pozan dron vurulub

11:00, 16.08.2026

Rumıniya ölkənin hava məkanını pozan dronu vurub. Rumıniya Müdafiə Nazirliyinin bildirdiyinə görə, ölkənin hava məkanına daxil olan pilotsuz uçuş aparatı İspaniyaya məxsus F-18 tipli qırıcı təyyarə ilə vurulub.

“Pilotsuz təyyarə səhər saat 05:01-də təhlükəsiz şəkildə vurulub”, – Rumıniya Müdafiə Nazirliyinin bəyanatında deyilib.

Qurumun məlumatına görə, dronun qalıqları, ehtimal ki, iki kənd arasında yerləşən yaşayış olmayan əraziyə düşüb.

Bu, cari ildə Rumıniya tərəfindən vurulan artıq dördüncü pilotsuz uçuş aparatıdır.

Oxşar