Rumıniya Xarici İşlər Nazirliyi Abxaziyanın separatçı bölgəsi olan Suxumidə “Morandi” qrupunun konsertinə qarşı çıxır və Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir
Rumıniya Xarici İşlər Nazirliyi avqustun 7-də Gürcüstanın Suxumi şəhərində (Abxaziyanın separatçı bölgəsində) keçirilməsi planlaşdırılan “Morandi” qrupunun konsertinə qəti şəkildə qarşı çıxır, – bu barədə Rumıniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilib.
Bəyanatda deyildiyi kimi, Rumıniya Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyini bir daha qətiyyətlə təsdiqləyir.
“Rumıniya Xarici İşlər Nazirliyi avqustun 7-də Gürcüstanın Suxumi şəhərində (Abxaziyanın separatçı bölgəsində) keçirilməsi planlaşdırılan “Morandi” qrupunun konsertinə qəti şəkildə qarşı çıxır. Tanımama siyasətinə sadiqliyi çərçivəsində Rumıniya Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyini bir daha qətiyyətlə təsdiqləyir“, – Rumıniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilib.
“Morandi” 2004-cü ildə Buxarestdə yaradılmış Rumıniya pop-dens duetidir.