Rumıniya hərbçiləri Qara dənizdə “Gerbera” tipli iki pilotsuz uçuş aparatını məhv ediblər
Rumıniya hərbçiləri Qara dənizdə dərin su təbii qaz layihəsi olan “Neptun Deep”in yaxınlığında hərəkət edən “Gerbera” tipli iki pilotsuz uçuş aparatını məhv ediblər.
Bu barədə Rumıniya müdafiə nazirinin səlahiyyətlərini icra edən Radu Mirutse bildirib.
Sahil Mühafizə Xidmətinin mütəxəssisləri iki pilotsuz uçuş aparatını Konstansa şəhərindən təxminən 90 dəniz mili uzaqlıqda məhv ediblər.
“Müdafiə Nazirliyi ukraynalı tərəfdaşlarla əlaqə saxlayıb və onlar bu sistemlərin özlərinə məxsus olmadığını təsdiqləyiblər”, – Radu Mirutse qeyd edib.
Gəmiçiliyin təhlükəsizliyi və platformanın qorunması məqsədilə Rumıniya dronları partlatmaq yolu ilə məhv etmək qərarına gəlib.
Məlumat üçün bildirək ki, “Gerbera” tipli pilotsuz uçuş aparatı Rusiyada istehsal olunur və adətən kəşfiyyat və ya rəqibin müdafiəsini yoxlamaq üçün istifadə edilir.