"Royterin" məlumatına görə, Suriyədə amerikan əsgərlərinə Türkiyə tərəfindən atəş açıldı
"Royterin" məlumatına görə, Suriyədə amerikan əsgərlərinə Türkiyə tərəfindən atəş açıldı

Suriyədə amerikan əsgərlərinə Türkiyə tərəfindən artileriya atəşi açıldı.

Bu barədə məlumatı “Royter” Pentaqonun bəyanatına istinadən yayır.

Amerika Birləşmiş Ştatlarının Müdafiyə İdarəsinin məlumatına görə, qeyd olunan fakt Suriyənin şimal hissəsində, Kobani şəhərinin yanında baş verdi. Artileriya hücümu zamanı zərər görən olmayıb.

Buna paralel olaraq, Pentaqonda bəyan edirlər ki, Türkiyə dərhal hərbi əməliyyatı dayandırmalıdır, çünki əks təqdirdə, ABŞ müdafiyə tədbirləri görməyə məcbur olacaq.

Pentaqon tərəfindən yayılan məlumata rəsmi Ankara cavab verdi. Türkiyənin Müdafiyə Nazirliyində bəyan edirlər ki, türk əsgərlərinin hədəfi kürt silahlı formalaşmaların yerləşdiyi nöqtələr idi və Amerika Birləşmiş Ştatlarının pozisiyalarına hücum edilməyib.

Müdafiyə Nazirliyində bəyan edirlər ki, ABŞ-dan müvafiq məlumat gəldikdən sonra, türk əsgərləri hücumu dayandırdılar.

Türkiyə Suriyənin şimal hissəsində hərbi əməliyyatları oktyabrın 10-da başlatdı.

Rəsmi Ankaranın yaydığı məlumata görə, əməliyyatın məqsədi Türkiyə və Suriyə sərhədindən kürt teroristlərin qoylanması və ərazidə təhlükəsiz zonanın yaradılmasıdır.

Türkiyənin terorist adlandırdığı “Suriyə müstəqil qüvvələri” isə, beynəlxalq anti-terorist koalisiyası çərçivəsində, Amerika Birləşmiş Ştatlarının əsas mütəfiqlərindən biridir.

Şərh yaz