Rotterdam limanında baş verən partlayış nəticəsində bir nəfər həlak olub, bir neçə nəfər yaralanıb

20:30, 13.08.2026

Rotterdam limanında baş verən partlayış nəticəsində bir nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb. Hadisə yerli vaxtla saat 12:00 radələrində “Gunvor Energy” şirkətinə məxsus ərazidə qeydə baş verib.

Şirkət nümayəndəsinin sözlərinə görə, partlayış, ehtimal ki, təmir işləri üçün boru kəmərlərinin ayrılması zamanı baş verib, bundan sonra şəhərin bu hissəsində elektrik enerjisi kəsilib, transformator stansiyasında isə yanğın qeydə alınıb.

Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyəti məlum deyil.

Hadisə nəticəsində “ExxonMobil” şirkətinin neft emalı zavodunda iş prosesi dayanıb.

Oxşar