Rostov vilayətində Ukrayna Silahlı Qüvvələrinin dronla həyata keçirdiyi hücum nəticəsində beş nəfər həlak olub

12:23, 16.08.2026

Rostov vilayətində Ukrayna Silahlı Qüvvələrinin dronla həyata keçirdiyi hücum nəticəsində beş nəfər həlak olub, – bu barədə Rostov vilayətinin qubernatoru Yuri Slyusar bildirib.

“Gecə hücumu nəticəsində həlak olanların sayı artıb: daha iki nəfərin cəsədi tapılıb. Onları xilasedicilər aşkar ediblər. Onların ailələrinə yardım göstəriləcək”, – Rostov vilayətinin qubernatoru deyib.

Kamenskdə bir neçə bina, o cümlədən dəmir yolu vağzalı zədələnib, Staraya Stanitsa kəndində yerləşən quşçuluq fermasında isə yanğın baş verib.

Bölgə qubernatorunun izah etdiyinə görə, yanğın artıq söndürülüb.

Oxşar