“Rosatom” rəhbəri Zaporojie elektrik stansiyasında nüvə qəzası təhlükəsinin olduğunu bildirib

18:45, 21.11.2022

 

Rusiyanın “Rosatom” şirkətinin rəhbəri Zaporojie elektrik stansiyasında nüvə qəzası təhlükəsinin olduğunu bildirib.

Bu barədə Aleksei Lixachev “İnterfaks”a müsahibəsində bildirib.

O , ötən günlərdə stansiya ərazisi istiqamətində 30 dəfə atəş açıldığını açıqlayıb.

“Zərbələr təkrar emal olunmuş nüvə yanacağının anbarına, xüsusi binaya, nəqliyyat magistralına endirilib, ehtiyat dizel generatorları zədələnib” – deyə Lixachev bildirib.

Bundan əvvəl, Rusiya hərbi idarəsinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib ki, Kiyev “Zaporojie AES-də texnogen fəlakət təhlükəsi yaratmaq üçün təxribatları dayandırmır”.

Xatırladaq ki, Zaporojie AES fevral ayından Rusiyanın nəzarətindədir. Ötən günlərdə Zaporojie AES-ə bir neçə dəfə atəş açıldığı barədə məlumatlar yayılmışdı. Beynəlxalq Atom Enerjisi Agentliyinin məlumatına görə, bir neçə bina, sistem və avadanlıq zədələnib, lakin onların heç biri stansiyanın təhlükəsizliyi üçün kritik əhəmiyyət kəsb etmir.

Oxşar