Romada 13-cü əsrə aid tarixi Konti Qülləsinin bir hissəsi dağıldı, dörd nəfər xəsarət aldı
Romada 13-cü əsrə aid tarixi Konti Qülləsinin bir hissəsi dağıldı, dörd nəfər xəsarət aldı. İtaliya mediаsının məlumatına görə, xəsarət alanlardan ikisinə yerində tibbi yardım göstərilib, bir işçinin vəziyyəti ağırdır. Bir xəsarət alan şəxsin dağıntıdan çıxarılması əməliyyatı isə hələ də davam edir. Xilasedicilərin sözlərinə görə, o, sağdır və söhbətə reaksiya verir.
İtaliya mediasına istinadən məlum olur ki, Kolizeum yaxınlığında yerləşən orta əsrlərin qülləsinin bir hissəsi onun rekonstruksiyası zamanı çöküb.
Polisiya hadisə yerində xilasedicilərin və təcili tibbi xidmətin işini asanlaşdırmaq üçün piyada və nəqliyyat vasitələrinin hərəkətini müvəqqəti qadağan edib.
Dağıntıya səbəb olan şəraitin araşdırılmasına başlanılıb.
Məlumat üçün bildirək ki, Romada yerləşən tarixi qala 1238-ci ildə Papa İnnokent III-ün qardaşı Riçard Konti tərəfindən ailəsi üçün iqamətgah kimi inşa edilib.