Roma Papasının dəfn mərasimi başlamazdan əvvəl Donald Tramp və Volodimir Zelenski arasında görüş keçirilib

14:45, 26.04.2025

Vatikanda Roma Papasının dəfn mərasimi başlamazdan əvvəl Ukrayna və ABŞ prezidentləri arasında görüş baş tutub. Dəfn mərasimindən əvvəl Müqəddəs Pyotr Bazilikasında iki lider arasında 15 dəqiqəlik görüş baş tutub. Bu barədə “Reuters” agentliyi Ağ Evin kommunikasiyalar üzrə direktoru Stiven Çunqa istinadən yazır.

Ağ Evin nümayəndəsinin bildirdiyinə görə, Donald Trampın dəfn mərasimindən əvvəl Volodimir Zelenski ilə “çox məhsuldar” müzakirəsi olub. Çung qeyd etdiyi kimi, görüş haqqında daha çox detal daha sonra açıqlanacaq.

Vatikanda Volodimir Zelenski ilə Donald Trampın görüşü barədə məlumatı Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov da təsdiqləyir.

Ukrayna Prezident Ofisinin məlumatına görə, Donald Tramp və Volodimir Zelenski arasında ikinci görüş də bu gün planlaşdırılıb.

Oxşar