Roma Papası - Mən müharibəyə qarşı səsimi ucaltmağa davam edəcəyəm, bu gün dünyada bir çox günahsız insan həlak olur, düşünürəm ki, kimsə daha yaxşı bir yolun olduğunu deməlidir
Mən müharibəyə qarşı səsimi ucaltmağa davam edəcəyəm, – bu barədə Roma Papası XIV Leo Donald Trampın ABŞ prezidentinin Papanı tənqid etməsi ilə bağlı bəyanatına belə münasibət bildirib.
“Reuters” agentliyinə verdiyi müsahibədə Roma Papası qeyd edib ki, ABŞ prezidentinin birbaşa tənqidlərinə baxmayaraq, o, müharibəyə qarşı fəal çıxış etməyə davam edəcək.
“Onunla müzakirəyə girmək istəmirəm. Hesab etmirəm ki, İncilin mesajından bəzi insanların etdiyi kimi istifadə olunmamalıdır”, – deyə Roma Papası bildirib.
Roma Papası XIV Leo qeyd edib ki, onun əsas məqsədi sülhü təşviq etməkdir və o, bu mövqeyini dəyişməyəcək.
“Mən müharibəyə qarşı səsimi ucaltmağa davam edəcəyəm, sülhü, dialoqu təşviq etməyə və ölkələr arasında çoxtərəfli münasibətləri gücləndirməyə çalışacağam ki, problemlərə ədalətli həll yolları tapılsın”, – deyə Roma Papası bildirib.
Onun sözlərinə görə, dünyadakı mövcud vəziyyət xüsusi diqqət tələb edir.
“Bu gün dünyada bir çox insan əziyyət çəkir. Çoxlu günahsız insan həlak olur. Düşünürəm ki, kimsə ayağa qalxıb daha yaxşı bir yol olduğunu deməlidir”, – Roma Papası XIV Leo bildirib.
Məlumat üçün bildirək ki, ABŞ prezidenti Donald Tramp Roma Papasının cinayətkarlığa qarşı zəif və xarici siyasətdə dəhşətli olduğunu bildirib. Onun dediyinə görə, ABŞ prezidentini tənqid edən Roma Papasının olmasını istəmir.