Roma Papası - İran və İsraildə vəziyyət pisləşib, nüvə təhlükəsindən azad bir dünyanın qurulmasına sadiqlik davam etməlidir, bütün ölkələrin borcu barışıq yollarını axtarmağa başlamaqdır
Roma Papası XIV Leo İran və İsrail hakimiyyətini ağıllı davranmağa və dialoqu davam etdirməyə çağırıb.
Onun söylədiyinə görə, o, vəziyyəti böyük narahatlıqla izləyir.
“İran və İsraildə vəziyyət ciddi şəkildə pisləşib və belə bir incə məqamda özümü borclu hesab edirəm ki, məsuliyyətə və müdrikliyə çağırışımı qətiyyətlə təkrarlayım. Nüvə təhlükəsindən azad, daha təhlükəsiz bir dünyanın qurulmasına sadiqlik hörmətə əsaslanan görüşlər və səmimi dialoq yolu ilə davam etdirilməlidir ki, ədalətə, qardaşlığa və ümumi rifaha əsaslanan davamlı sülh inşa olunsun. Heç kim heç vaxt başqasının mövcudluğuna təhlükə yaratmamalıdır. Bütün ölkələrin borcudur ki, sülh işinə dəstək versin, barışıq yollarını axtarmağa başlasın və hər kəs üçün təhlükəsizlik və ləyaqəti təmin edən qərarların qəbulunu təşviq etsin”, – Roma Papası bildirib.