Roma Papası - Bugün biz Ümumdünya Mətbuat Azadlığı Gününü qeyd edirik, təəssüf ki, bu hüquq tez-tez pozulur, bəzən açıq şəkildə, bəzən isə daha gizli formada
Bugün biz Ümumdünya Mətbuat Azadlığı Gününü qeyd edirik, təəssüf ki, bu hüquq tez-tez pozulur, bəzən açıq şəkildə, bəzən isə daha gizli formada, – bu barədə Roma Papası XIV Leo bildirib.
Vatikanda, Müqəddəs Pyotr meydanında bazar günü dua mərasimindən sonra Roma Papası bəyan edib ki, bu gün həm müstəqil jurnalistikanın əhəmiyyətini, həm də media nümayəndələrinin, xüsusilə münaqişə bölgələrində üzləşdiyi artan təhlükələri vurğulayır.
“Bu gün biz UNESCO tərəfindən təşkil edilən Ümumdünya Mətbuat Azadlığı Gününü qeyd edirik. Təəssüf ki, bu hüquq tez-tez pozulur, bəzən açıq şəkildə, bəzən isə daha gizli formada. Biz müharibə və zorakılığın qurbanı olmuş çoxsaylı jurnalistləri və müxbirləri xatırlayırıq”, – Roma Papası bildirib.