Roma Papası – Atəşi dayandırın, zorakılıq heç vaxt xalqın gözlədiyi ədaləti, sabitliyi və sülhü gətirə bilməz

18:23, 15.03.2026

Roma Papası XIV Leo Yaxın Şərqdə davam edən münaqişə tərəflərini atəşkəsə çağırıb.

“Yaxın Şərqin xristianları və xeyirxah niyyətli bütün qadın və kişilər adından: Atəşi dayandırın! Dialoq yolları yenidən açılsın! Zorakılıq heç vaxt insanların gözlədiyi ədaləti, sabitliyi və sülhü gətirməyəcək. Minlərlə günahsız insan qətlə yetirilib və daha çox insan evlərini tərk etmək məcburiyyətində qalıb”, – deyə Roma Papası deyib.

XIV Leo həmçinin qeyd edib ki, Yaxın Şərqdəki insanlar iki həftədir ki, qəddar zorakılıqdan əziyyət çəkirlər.

Oxşar