Roberta Metsola - Mən qərar verdim ki, İran İslam Respublikasının bütün diplomatik heyətinə və hər hansı digər nümayəndələrə Avropa Parlamentinin bütün binalarına daxil olmaq qadağan edilsin
Avropa Parlamenti, İranın bütün diplomatik heyətinə və nümayəndələrinə binalarına daxil olmağı qadağan edib, – bu barədə Avropa Parlamentinin prezidenti Roberta Metsola bildirib.
Metsolanın söylədiyinə görə, Avropa Parlamenti “işgəncə, repressiya və qətllər hesabına mövcudluğunu qoruyan bir rejimin legitimləşdirilməsinə töhfə verməyəcək”.
“İranın cəsur xalqının öz hüquqları və azadlıqları uğrunda mübarizəsini davam etdirdiyi bir vaxtda, mən bütün diplomatik heyətin və İran İslam Respublikasının digər nümayəndələrinin Avropa Parlamentinin bütün binalarına girməsini qadağan etmək qərarına gəldim”, – Metsola sosial şəbəkədə yazır.