Roberta Metsola – Gürcüstan və Moldovanın Aİ-yə üzvlük müraciətini müsbət qiymətləndirməliyik

19:31, 09.05.2022

 
Gürcüstan və Moldovanın Aİ-yə üzvlük müraciətini müsbət qiymətləndirməliyik- bu barədə Avropa Parlamentinin Maltalı sədri “Avropa Günü”-nü qeyd etmək məqsədilə keçirilən tədbirin sonunda mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, vətəndaşları Avropa Birliyinin fundamental prinsiplərini bölüşən ölkələr Avropanı öz evləri hesab etməlidirlər.

“Avropa Parlamenti bizim mövqeyimizin ardıcıl olmasına əmin olmaq üçün çox konkret idi – vətəndaşları Avropa Birliyinin fundamental prinsiplərini bölüşən ölkələr Avropanı öz evləri hesab etməlidirlər. Bu ukraynalıların bizdən etməyimizi tələb etdikləri şeydir və məncə, biz sürətli addımlarla cavab verdik. Bununla yanaşı, ukraynalılar da növbəti addımın atılması üçün sürətlə hərəkət edirlər. Bu növbəti addımın hara aparacağını hələ bilmirik. Fərqli səviyyələr, müxtəlif hissələr var, lakin bizə aydındır ki, məsələ maraq və istəyinin Aİ-yə yaxınlaşmaq olan ölkələrin gələcək inteqrasiyası ilə bağlı olunca, bu həm də bizim maraqlarımızdadır və Ukraynanı Avropanın qəlbində görmək bizim də arzumuzdur. Bununla belə biz Qərbi Balkan ölkələriylə dialoqu davam etdirməli və bir sonrakı addımları atmalıyıq, həmçinin Gürcüstan və Moldovanın Aİ-yə üzvlük müraciətini müsbət qiymətləndirməliyik”- deyə Avropa Parlamentinin sədri bildirib.

Oxşar