Robert Fitso yanvarın 17-də Floridada Donald Trampla görüşəcək
Robert Fitso yanvarın 17-də Floridada Donald Trampla görüşəcək

Slovakiyanın Baş naziri Robert Fitso 17 yanvarda ABŞ Prezidenti Donald Trampla görüşəcək. Görüş Trampın Floridadakı iqamətgahında keçiriləcək.

“Euronews”un məlumatına görə, siyasətdə MAGA gündəliyini dəstəkləyən Fitso, ABŞ-ı Ukraynada müharibənin bitməsi istiqamətindəki səyləri üçün tərifləyib və miqrasiya məsələsində də oxşar yanaşmanı bölüşür.

Yayılan məlumata görə, iki lider Slovakiyanın ABŞ-dan nüvə reaktorları satın almaq üçün biznes müqaviləsi imzalamağı planlaşdırdığı planlarını ayrı-ayrılıqda müzakirə edə bilərlər. Bu müqavilənin dəyəri təxminən 13-dən 15 milyard avroya gədər ola bilər.

Slovakiya hökuməti amerikan şirkəti Westinghouse ilə nüvə elektrik stansiyasının tikintisi ilə bağlı danışıqlar aparmaq istəyir.